Proqram təminatı şirkəti · Bakı

Texnologiyanı sizin üçün sadələşdirdik

Təhsil, ticarət, əmlak, tikinti, otel, restoran və icarə sahələri üçün idarəetmə sistemləri hazırlayırıq. Quraşdırma, öyrətmə və texniki dəstək bizim üzərimizdədir.

12
proqram məhsulu
700+
aktiv istifadəçi
5+
il fasiləsiz işləyən həllər
7/24
texniki dəstək

Bizə etibar edən şirkətlər

  • Aktiv Enerji
  • İdeal Şirkətlər Qrupu
  • MBA Group
  • Automaster
  • Cyfral Bakı
  • TV Plus
  • Penlux
  • AzSystems
  • BarShop
  • Kayba

01

Haqqımızda

BYTE Technologies — Bakıda yerləşən proqram təminatı şirkətidir. Kiçik və orta bizneslərin gündəlik işini sadələşdirən idarəetmə sistemləri hazırlayırıq.

Məhsullarımızı özümüz hazırlayırıq: təhsil mərkəzləri, mağazalar, restoranlar, MTK-lar, əmlak agentlikləri, otellər, tikinti və icarə şirkətləri üçün 12 sistem. Hər biri konkret sahənin real iş prosesi əsasında qurulub.

Proqramı satıb kənara çəkilmirik: sistemi quraşdırır, mövcud məlumatlarınızı köçürür, əməkdaşlarınızı öyrədir və texniki dəstək göstəririk. Bir çox məhsulumuz həm buludda, həm də müştərinin öz serverində işləyə bilir.

Öz məhsullarımız
Yerli komanda, yerli dəstək
Uzunmüddətli əməkdaşlıq
Ofis
Bakı, Nərimanov r.
Məhsullar
12 idarəetmə sistemi
Sahələr
Təhsil, ticarət, restoran, əmlak və MTK, otel, tikinti, icarə
Dəstək
7/24 texniki dəstək
Yerləşdirmə
Bulud və ya öz serveriniz

02

Məhsullarımız

Hər məhsul konkret bir sahənin gündəlik işi üçün qurulub — hazır modullar, sürətli başlanğıc və yerli dəstəklə.

e-EDU

Təhsil

Kurs, bağça və tədris mərkəzləri üçün tam idarəetmə: tələbələr, qruplar, davamiyyət, ödənişlər, müəllim maaşları, dərs təqvimi, imtahan və ev tapşırıqları. SMS bildirişləri ilə, istənilən cihazdan.

e-edu.az

e-MTK

MTK, MMMC

MTK, MMMC və idarəetmə şirkətləri üçün: mənzillər, sakinlər, müqavilələr, avtomatik borc hesablanması, ödənişlər və binanın xərcləri bir paneldə. Sakin kabineti, terminal ödənişləri və SMS xatırlatmalar.

e-mtk.az

Tacir.PRO

Biznes

Mağazalar üçün anbar, satış və kassa sistemi: alış, sürətli satış, qaytarma, müştəri və təchizatçı borcları, geniş hesabatlar. Yeni nəsil NKA, tərəzi və UMICO inteqrasiyası.

tacir.pro

Əmlak Bazası

Əmlak

Əmlak agentlikləri üçün: internetdəki yalnız mülkiyyətçi elanlarını saatda bir avtomatik toplayır — foto, qiymət, metro və əlaqə nömrəsi ilə. Axtarış, filtr, sifarişlər və ofis şəbəkəsində birgə iş.

emlak-bazasi.com

MaxPOS

Satış

Anbar, satış və onlayn mağaza bir bulud platformada: real vaxtda stok, nağd, kart və nisyə satış, filiallar, 64 göstəricili analitika və WhatsApp bildirişləri. Quraşdırma tələb etmir — 30 gün pulsuz.

maxpos.az

AvtoZəng

Biznes

Müştərilərinizə adi telefon zəngi kimi çatan avtomatik səsli zənglər: kampaniyalar, ödəniş və randevu xatırlatmaları, DTMF yönləndirmə («1 bas — təsdiq et»). Hesabatlar, qara siyahı və CRM üçün API.

avtozeng.az

RestoPOS

Restoran

Restoran və kafelər üçün POS: zal planı, ofisiantın öz telefonundan sifariş, mətbəx ekranı (KDS), reseptlə anbar silinməsi, QR menyu və çatdırılma. Wolt, Bolt Food, Umico və NKA inteqrasiyası — 30 gün pulsuz.

restopos.az

e-İcarə

İcarə

Avtomobil, avadanlıq, əmlak və inventar icarəsi bir platformada: elektron müqavilələr, ödənişlər və gecikən borclar, xərc uçotu, xatırlatmalar, filiallar və istifadəçi rolları. Excel-dən idxal, PDF və Excel hesabatlar.

e-icare.az

EduCRM

Təhsil

e-EDU-nun yığcam versiyası: kiçik və orta kurslar, bağçalar və tədris mərkəzləri üçün tələbə, qrup və ödəniş uçotu. Sadə interfeys — bir gündə işə başlamaq olar.

educrm.az

Əmlak PRO

Əmlak

Professional agentliklər üçün daşınmaz əmlak elanları platforması. Bulud əsaslıdır — obyektlər və elanlarla ofisdən, evdən və ya telefondan, istənilən cihazdan işləyin.

emlak.pro

Otel PRO

Otel

Otel, hostel və qonaq evləri üçün: otaqlar, rezervasiyalar və bütün satış kanalları bir sistemdə — PMS, kanal meneceri və saytınız üçün onlayn bron modulu.

Məlumat alın

İnşaat PRO

Tikinti

Tikinti, təmir və dizayn şirkətləri üçün bulud platforma: layihələr, smeta və əlavə işlər, tapşırıqlar, briqadalar, tabel və əmək haqqı, ödəniş qrafiki və borclar — faktiki mənfəət və rentabelliklə.

Məlumat alın

03

Niyə BYTE?

Biz sadəcə proqram təminatı deyil, tam texnoloji ekosistem təqdim edirik.

Bir ekosistem

Satış, anbar, ödəniş, CRM və hesabatlar bir-biri ilə əlaqəli işləyir. Məlumatı bir sistemdən digərinə köçürməyə ehtiyac qalmır.

Avtomatlaşdırma

Müştərilərimizin işini sadələşdirmək, prosesləri avtomatlaşdırmaq və məhsuldarlığı artırmaq bizim əsas məqsədimizdir.

Fərdi yanaşma və dəstək

Hər bir layihəmiz fərdi yanaşma, peşəkar komanda və davamlı texniki dəstək üzərində qurulub.

  1. 01

    Tanışlıq

    İş prosesinizi dinləyir, uyğun məhsulu və modulları təklif edirik.

  2. 02

    Quraşdırma

    Sistemi qurur, mövcud məlumatlarınızı köçürür və tənzimləyirik.

  3. 03

    Öyrətmə

    Əməkdaşlarınız sistemdən gündəlik istifadəni yerində öyrənir.

  4. 04

    Dəstək

    Texniki dəstək xətti və mütəmadi yeniləmələrlə yanınızdayıq.

04

Müştərilərimiz nə deyir

İnternetdə bizim haqqımızda
Tacir.PRO gündəlik işimizi çox sadələşdirdi. Satış, anbar və müştəri izləmə prosesləri indi tam avtomatlaşdırılıb. Ən əsası isə komandanın texniki dəstəyi həmişə yanımızdadır.
Anar Rəsulov
Automaster
Tacir.PRO
e-Edu.az sayəsində müraciətlərin izlənilməsi və idarə edilməsi daha asan və sistemli şəkildə həyata keçirilir. Bütün müraciətlər bir mərkəzdə toplanır, cavablandırma sürətlənir və heç bir sorğu diqqətdən kənarda qalmır.
Samin Həsənov
Nömrə1
e-EDU
MaxPOS mağazamızda satış prosesini tam avtomatlaşdırdı. Kitab və dəftər stoklarını asanlıqla izləyirik. Kassadan satış, qaimələrin hazırlanması və müştəri borclarının idarəsi çox rahatdır.
Eldar Vəliyev
Penlux
MaxPOS
Əmlak Bazası əmlak elanlarının idarə olunmasını asanlaşdıran, istifadəsi rahat və çoxfunksiyalı platformadır.
Bahadur İbrahimov
MBA Group
Əmlak Bazası
Müştəri ödənişlərinin toplanması və göstərilən xidmətlərin qeydiyyatı üçün hazırlanan həll 5 ildən artıqdır ki, fasiləsiz işləyir.
Pakizə Allahverdiyeva
Cyfral Bakı

05

Tez-tez verilən suallar

Məhsullar, quraşdırma və dəstək haqqında qısa cavablar.

BYTE Technologies nə ilə məşğuldur?

BYTE Technologies Bakıda yerləşən proqram təminatı şirkətidir. Təhsil, ticarət, əmlak, tikinti, otel, restoran və icarə sahələri üçün 12 idarəetmə sistemi hazırlayır, onları quraşdırır, əməkdaşları öyrədir və texniki dəstək göstərir.

Hansı məhsullarınız var?

Təhsil üçün e-EDU və EduCRM; ticarət və restoran üçün Tacir.PRO, MaxPOS və RestoPOS; əmlak, MTK və tikinti üçün e-MTK, Əmlak Bazası, Əmlak PRO və İnşaat PRO; həmçinin AvtoZəng (avtomatik zənglər), e-İcarə (icarə idarəetməsi) və Otel PRO (otel idarəetməsi).

Mağaza və anbar üçün hansı proqramı seçməliyəm?

Kompüterdə işləyən, NKA və tərəzi ilə inteqrasiya olunan anbar-satış-kassa sistemi lazımdırsa — Tacir.PRO. Quraşdırmasız, brauzerdən işləyən və onlayn mağazası olan bulud sistemi istəyirsinizsə — MaxPOS. Restoran və kafelər üçün mətbəx ekranı, QR menyu və çatdırılma ilə RestoPOS. MaxPOS və RestoPOS-u 30 gün pulsuz sınaya bilərsiniz.

Quraşdırma və öyrətmə xidmətə daxildirmi?

Bəli. İş prosesinizlə tanış olur, sistemi quraşdırır və mövcud məlumatlarınızı köçürür, əməkdaşlarınızı gündəlik istifadəyə öyrədirik. Daha sonra texniki dəstək və mütəmadi yeniləmələrlə yanınızdayıq.

Texniki dəstək necə işləyir?

Texniki dəstək 7/24 işləyir. Dəstək xətləri: +994 70 508 50 00 və +994 70 509 50 00.

Demo və qiymət təklifini necə ala bilərəm?

Saytdakı formu doldurun, +994 70 507 50 00 nömrəsinə zəng edin və ya office@byte.az ünvanına yazın. Mütəxəssisimiz iş günü ərzində sizinlə əlaqə saxlayacaq.

Ofisiniz harada yerləşir?

Ofisimiz Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 27A ünvanında yerləşir. İş günləri: bazar ertəsi – cümə.

06

Layihənizi müzakirə edək

Sorğunuzu göndərin — mütəxəssisimiz iş günü ərzində sizinlə əlaqə saxlayacaq.

E-poçt
office@byte.az
Ünvan
Bakı ş., N.Nərimanov r., Ə. Rəcəbli 27A
İş saatları
Bazar ertəsi – Cümə